21 C
Baku
Tuesday, October 8, 2024

İnsan kimi düşünən 15 milyon dollarlıq kompüter

NASA ilə Google dünyada ilk kvant kompüterini invetisiya etmək üçün birləşiblər. Həmin kompüterin  qiyməti 15 milyon dollar təşkil edəcək və o, kvant hesablamaları edərək yüksək sürətə nail olacaq. Belə ki, onun sürəti adi kompüterlərin sürətindən 3600 dəfə tez olacaq.

Kanadalı «D-Wave-Two» dünyanın ilk kommersiya hesablama sistemidir, o, riyazi tənlikləri həll etmək üçün kvant hesablamalardan istifadə edir.

Bir çox kompüterlər sadə binar sistemindən istifadə edirlər. Bu sistemdə hər şey sıfır və ədədlər qismində kodlaşdırıla bilər. Bu sistem həm məlumatı saxlamağa, həm də ondan istifadə etməyə, yəni üzərində əməliyyatlar apararaq çalışmağa imkan yaradır. Kvant kompüteri isə eyni anda həm məlumatları kodlaşdırır, həm də kubitləri (kvant bitləri) təhlil edir. Bu cür yanaşma kvant kompüterlərinə bir çox hadisələri proqnozlaşdırmağa imkan yaradır.

Kubitləri sistemi sayəsində kvant kompüteri ən çətin kompleks problemləri belə həll edə bilir.

D-Wave-Two uzun tənlikləri bir saniyədən az belə vaxtda həll edir. Hal-hazırda istifadə olunan tipik kompüterlər isə kosmik gəmilərdə bu əməliyyatlara saat yarıma qədər vaxt sərf edirlər.

Kvant kompüterlərin daha miniatür növləri olsa da, NASA və Google-un yeni superkompüterləri öz nəslində bir ilk olacaq. Bu kompüterin iki şirkətə məxsus olacağına baxmayaraq, onun hesablama gücü hər iki təşkilata öz sahələrində texnologiya inqilabı etməyə imkan yaradacaq.

NASA-da kompüterləri ilk olaraq cədvəllərin tərtibi və planlamağı üçün istifadə olunacağına baxmayaraq kosmosda süni intellekti tətbiq etmək üçün geniş imkanlar var. Eyni anda bir çox ssenarini proqnozlaşdırmaq qabiliyyətinə malik olaraq kosmik gəmilər o şəkildə proqramlaşdırılacaqlar ki, astronavtların qəbul edəcəkləri qərarları özləri qəbul edib tətbiq edəcəklər. Bugünkü gündə qərar qəbul etmək imkanı insanı kompüterdən fəqləndirir və ayırır. Təsəvvür edin ki, kosmosa insan göndərmək əvəzinə biz ora kompüterləri göndəririk və onlar istənilən məlumatı – temperaturdan tutmuş yanacağın səviyyəsinə qədər –  təhlil edə və bunun əsasında düzgün qərar qəbul edə biləcəklər. Belə kompüterlərin insanların əlindən onların işlərini alacaqlarına baxmayaraq onlar kosmosu öyrənməyimizə böyük imkanlar yaradacaqlar.

Son xəbərlər
Digər xəbərlər