18 C
Baku
Monday, April 29, 2024

İnsan nə düşünürsə – odur!

Bir dəfə ser Frensis Qalton (dünya psixologiyasının ən aparıcı simalarından biri) bir eksperiment keçirməyə qərar vermişdir. O London küçələrində gəzintiyə çıxmamışdan öncə özünə belə bir fikri təlqin edir ki, guya “O İngiltərədə hamının nifrət etdiyi ən iyrənc insandır!”. O bir neçə dəqiqə fikrini bu təlqinə yönəltdikdən sonra adəti üzrə gəzintiyə çıxır. 

Qısası, hər şeyin elə əvvəlki kimi olmadı. Belə bir hadisə baş verdi. Frensis hər addımında yanından keçənlərin kinayəli və şübhəli baxışlarını hiss edirdi. Bir çoxları onunla üz-üzə gəldikdə üzlərini çevirmiş, bir neçəsi isə hətta ona söyüşlər yağdırmışdır. Qalaton limandan keçərkən isə yük daşıyan işçilərdən biri dirsəyi ilə ona elə vurur ki, professor zərbədən palçığa yıxılır. Frensis Qalton gəzintisini başa vuranadək belə hadisələrdən çox yaşayır. Hadisəni belə gördükdə psixoloq evinə tələsir.

Bu gerçək hekayə bir çox psixologiya kitablarında təsvir edilib. Bu eksperimentdən iki vacib nəticə çıxarmaq mümkündür:

1. İnsan özü haqqında nə düşünürsə, özündə onu təcəssüm etdirir.
2. Ətrafdakı insanlara özünü qiymətləndirməniz və ruhi vəziyyətiniz barədə nə isə deməyə ehtiyac yoxdur. İnsanlar bunu onsuzda özləri hiss edəcək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər