20 C
Baku
Friday, May 10, 2024

İnsan Resursları departamenti”nin  İşə qəbul şöbəsinin rəisi — Rabitəbank

Vəzifə: “İnsan Resursları departamenti”nin  İşə qəbul şöbəsinin rəisi”
Əsas vəzifələr:
  • İşçi ehtiyaclarını müəyyən etmək;
  • Vakant vəzifələr üzrə namizədlərin tapılmasını təmin etmək;
  • Seçilmiş namizədlər ilə müsahibələri təşkil etmək və aparmaq;
  • Yeni işçilərin adaptasiya prosesinin koordinasiyasını həyata keçirmək;
  • İşə qəbul zamanı istifadə edilən testlərin yaradılması və mütəmadi olaraq yenilənməsini təmin etmək;
  • Namizədlərin rezerv bazasının formalaşdırılmasını təmin etmək;
  • Namizədlərin banka cəlb edilməsi məqsədilə zəruri tədbirləri görmək (müxtəlif kadr yarmarkalarında iştirak etmək, ali təhsil müəssisələri ilə işləmək və s.);

Namizədlər üzrə irəli sürülən tələblər:

  • Ali təhsil (İRİE və ya psixologiya sahəsi üzrə arzuolunandır);
  • İşə qəbul sahəsində minimum 3 illik iş təcrübəsi (bank sahəsində iş təcrübəsinə üstünlük verilir);
  • Azərbaycan dilini səlis, ingilis və rus dillərini yüksək səviyyədə bilməli;
  • MS Word, Excel, Power Point proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
  • Bank sahəsində geniş işgüzar əlaqələrin olması;
Davranış səriştələri:
  • Rəhbərlik və idarəetmə bacarığı;
  • Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;
  • Yüksək kommunikasiya və təqdim etmə bacarığı;
  • Yaradıcı və təşəbbüskar olmalı;
  • Komandada işləmək bacarığı;
  • Operativ və düzgün qərar vermək bacarığı;
  • Diqqətlilik, məsuliyyət və düzgünlük kimi müsbət xüsusiyyətlərə malik olmalı.
Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini [email protected] e-mail ünvanına göndərə bilərlər.
Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifənin adı “İnsan Resursları departamenti”nin  İşə qəbul şöbəsinin rəisi ” mütləq qeyd olunmalıdır.
Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33.
Son xəbərlər
 ⁠
Digər xəbərlər