İnsan Resursları departamentinin mütəxəssisi / baş mütəxəssisi
Əsas vəzifələr
- Bankın işə qəbul siyasətinə müvafiq olaraq namizədlərin banka cəlb edilməsini təmin etmək;
- Yeni işçilərin adaptasiya prosesini aparmaq;
- İnsan resurslarına dair layihə və inkişaf proqramlarını hazırlanmaq və həyata keçirmək;
- Təlim və inkişaf sahəsinə dəstək göstərmək, zərurət yarandıqda təlimlər aparmaq;
- Qanunvericiliyin tələblərinə müvafiq olaraq sənədləşdirmə prosesini aparmaq;
- Normativ sənədlərin hazırlanmasında iştirak etmək.
Tələblər:
- Ali təhsil;
- İnsan Resursları sahəsində ən azı 3 illik iş təcrübəsi (iri şirkətkərdə arzuolunandır);
- AR Əmək Məcəlləsini yaxşı səviyyədə bilməli, bu sahədə praktiki təcrübəyə malik olmalı;
- Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;
- Yüksək kommunikasiya, təqdim etmə və yazılı ünsiyyət qabiliyyəti;
- Normativ xarakterli sənədlərin (prosedurların, qaydaların, təlimatların və s.) yazılması üzrə təcrübənin olması;
- Yaradıcı və təşəbbüskar olmalı;
- Azərbaycan dilini səlis, ingilis və ya rus dillərini yüksək səviyyədə bilməli;
- MS Word, Excel, Power Point proqramlarında yüksək səviyyədə işləmə bacarığı.
Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini [email protected] e-mail ünvanına göndərə bilərlər.
Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifə mütləq qeyd olunmalıdır. Uyğun görülən namizədlərdən əvvəlki iş yerlərinidən tövsiyyə məktubları (xasiyyətnamə) tələb oluna bilər.
Əlaqə vasitələri:
E – mail : [email protected]
Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33