11 C
Baku
Tuesday, November 26, 2024

İnsan Resursları üzrə Mütəxəssis – UBM Group

Şirkətin adı: UBM Group

Şirkət haqqında UBM Group – Azərbaycanda və onun hüdudlarından kənarda layihələrin idarə olunması və kommunikasiya xidmətlərinin, marketinq və brendinq, ictimai əlaqələrin idarə edilməsi və imicin yaradılması, tədbirlərin təşkili, mətbuatla əlaqələr, hər növ reklam, merçendayzinq xidmətlərinin təmin edilməsi, internet səhifələrin, sosial şəbəkələrin, onlayn  proqramların tərtib olunması, idarəetməsi, yoxlanılması və analizi sahələrində on səkkiz ildən çoxdur ki, uğurla fəaliyyət göstərən  şirkətdir.

Vəzifə: İnsan Resursları üzrə Mütəxəssis

Vəzifə öhdəlikləri:

• Vakansiyalar ilə bağlı iş elanlarının yerləşdirilməsi, CV-lərin təhlili, məlumat bazasında qeydlərin aparılması
• Sosial şəbəkələrdə və işçi axtarış resurslarında elanlar yerləşdirmək
• Potensial namizədlərlə müsahibələr aparmaq
• Elektron namizədlər bazasının aparılmasında iştirak etmək
• Kadrların seçilməsində bilavasitə iştirak edilməsi
• Yeni işçilər üçün adaptasiya proqramının həyata keçirilməsi
• İşçilər haqda məlumatları özündə cəmləşdirən məlumat bazası ilə işlənilməsi, lazımi dəyişikliklərin oraya daxil edilməsi
• İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması
• Fəaliyyəti ilə bağlı mütəmadi olaraq hesabatlar hazırlaması
• Birbaşa rəhbərinin tapşırıq və sərəncamlarının yerinə yetirilməsi
• Şirkətin İnsan Resursları üzrə keçirilən layihələrində iştirak etmək
• İnsan Resursları şöbəsinə aid digər işləri yerinə yetirmək

Namizədə tələblər

• Ali təhsil
• İnsan resursları sahəsində azı 3 il stajı
• Yaş həddi: 25-35 yaş arası
• Microsoft Office proqramları ilə işləmək bacarığı (Word, Excel, Power Point, Outlook)
• Azərbaycan, Rus, İngilis dillərini mükəmməl bilmək
• Personalın seçimi üzrə bacarıqlara malik olmalı
• Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq
• Şifahi və yazılı ünsiyyət qurmaq bacarığı
• Şəxsi xüsusiyyətlər: çalışqan, məsuliyyətli, intizamlı, təşəbbüskar, ünsiyyətli
• Müvəqqəti layihə (3 ay) Tam iş günü 9:00 – 18:00, Bazar ertəsi – Cümə

Vakansiya ilə maraqlanan şəxslərdən xahiş olunur ki, qeyd etdiyimiz linkdə elan edilmiş vakansiya üzrə müraciət formunu doldursunlar.

Müraciət formu: https://app.smartsheet.com/b/form?EQBCT=88e2aba3afb64ce28589c1e055d5c7f8

Son xəbərlər
Digər xəbərlər