16 C
Baku
Thursday, March 28, 2024

İnsanın əhval-ruhiyyəsini yüksəldən əlavə hazırlandı

Bazel Universitetinin mütəxəssisləri insanın əhval-ruhiyyəsini yüksəltməyə imkan verən unikal əlavə hazırlayıblar.

Proqram 5 dəqiqəlik videodərslərin toplusudur.

Bu dərslərə baxanlar daha diqqətli, sakit və rahat olurlar. 27 nəfərin qatıldığı tədqiqatdan sonra alimlər bildiriblər ki, pasiyentlərin psixoloji durumunun yaxşılaşdırılması üçün müasir kommunikasiya texnologiyalarından istifadə etmək məqsədəuyğundur. Eksperiment “Mobil sağlamlıq” və ya “mSağlamlıq” proqramı çərçivəsində keçirilib.

İştirakçılar videodərslərdən sonra öz əhval-ruhiyyələrini 1-6 şkalası üzrə qiymətləndiriblər. Müşahidələr göstərib ki, eksperimentə qatılanların əhval-ruhiyyəsi bir neçə həftə ərzində yüksək səviyyədə olub.

Lent.az

Son xəbərlər
Digər xəbərlər