20 C
Baku
Tuesday, October 8, 2024

İnsanlardan daha ağıllı meymun

On iki yaşlı Ayumu Kiotoda yaşayan bir şimpanzedir. O, çətin tapmacaları həll etməyi, uzun rəqəm kombinasiyalarını yadda saxlamağı bacara bilir.

Ayumu belə bir hiylə edə bilir: o rəqəmlər əks olunan ekrana baxır, sonra isə həmin rəqəm kombinasiyalarını əzbər olaraq yazır. Bununla yanaşı şimpanze bütün lazımi məlumatları çox tez yadda saxlayır: əqli fəaliyyətə onun cəmi 60 millisaniyəsi gedir.

2007-ci ildə keçirilən tədqiqat nəticəsində Ayumu bir yarışda 9 tələbəyə qalib gəlmişdi. Həmin tələbələr yarım il yaddaş gücləndirmə məşqlərində iştirak etmişdilər. Şimpanze tələbələrdən iki dəfə yaxşı nəticə göstərmişdi.

Yeri gəlmişkən, Ayumu bir dahidir. Onun anası Ai 30 il ərzində alimlərin nəzarəti altında saxlanılıb.

Bir çox insanlar şimpanzenin bu cür ağıllı olmasının səbəblərinin biri də onun güclü vizual yaddaşındadır.

Bəs nəyə görə onun bacarıqları insanın bacarıqlarından bu qədər üstündür? Bunu dəqiqliklə müəyyən etmək mümkün olmayıb.

Son xəbərlər
Digər xəbərlər