16 C
Baku
Thursday, April 25, 2024

İnsanları sizi dinləməyə məcbur etməyin 6 yolu

Hər zaman fikir bildirməyə hazır olun

Müzakirələrdə iştirak etməsəniz, müəyyən müddətdən sonra  başqalarının sizi gözardı etdiyini müşahidə edəcəksiniz. Ola bilər ki, bu çox sadə səslənir, lakin kiməsə fikrinizi çatdırmaq üçün həmin insanın yanında olmalısınız. Yaxşı olar ki, bütün iclaslarda yaxından iştirak edəsiniz – bu halda ətrafdakılar sizin fikir bildirməyinizi gözləyəcəklər. 

Xüsusilə hər hansı bir təklif irəli sürməyi planlaşdırırsınızsa, çıxışa əvvəlcədən hazırlaşın. Müzakirə olunan mövzu ilə bağlı hər hansı təklifləriniz varsa, onları yazın. Varlığınız və hazırlığınız başqalarını sizi dinləməyə təşviq edəcək. 

Emosional zəkanızı inkişaf elətdirin

Dinləyicilərə çatdırmaq istədiyiniz məlumatları necə təqdim edəcəyinizi düşünün. Sizcə, auditoriyanız üçün hansı formatlar daha çox uyğun gəlir?

Mütəxəssislər mümkün qədər mehriban olmağı və izləyicilərə dəyər verdiyinizi gösdətməyi tövsiyə edirlər. Səmimi mehribanlıq və minnətdarlıq insanları sizi dinlməyə vadar edəcək.

Zəif tərəflərinizi tanıyın

İş yoldaşınızla və ya müdirinizlə danışmağa hazırlaşarkən, istədiyiniz obrazı yaratmaq üçün hansı zəif tərəflərinizin buna mane olduğunu müəyyənləşdirin. Bəzən elə olur ki, insan çox tez-tez danışır və ətrafdakılar onun fikrini anlamağa çatdırmırlar. Zəif tərəflərinizi tapın və əsas hədəfinizi unutmayın. 

Strateji pauzalar saxlayın

Çıxışınızla yaxşı təəssürat yaratmaq üçün fasiləsiz danışmağa ehtiyac yoxdur. Yaxşı olar ki, iclas zamanı fikrinizi söyləyəndən sonra qısamüddətli ara verəsiniz. Bu vaxtdan istədiyiniz kimi istifadə edin. Məsələn, fikirlərinizi toplayın, dinləyicilərin reaksiyasına diqqət edin. Bir neçə dəfə dərindən nəfəs alın – bu çox faydalıdır. Bundan əlavə, pauzalar impulsiv qərarların qarşısını almağa, o cümlədən duyğularla mübarizə aparmağa kömək edə bilər. 

Kimi dinləyərsiniz? Özünü toplamağı bacaran, yoxsa əsəbi və impulsiv tərzdə danışan birini?

Çıxışdan sonra özünüzü xatırladın

Əgər görüş zamanı hansısa iş yoldaşınızla əlaqə saxlayacağınızı söyləmisinizsə, bunu mütləq edin. Uğurlarınız haqqında uzun-uzun məktublar yazmaq lazım deyil,  işinzi yerinə yetirdiyinizi bir-iki cümlə ilə ifadə etməyiniz kifayət edər. Unutmayın: xatırlatmanız qarşıdakı insana sizin ciddi olduğunuzu göstərməlidir. 

Geri çəkilməyə qorxmayın

Psixoloqların fikrincə, öz gücünə güvənən insanlar bu inamı başqalarına da ötürürlər. Əgər heç cür fikrinizi auditoriyaya çatdıra bilmirsinizsə, kənara çəkilib başqa variantları nəzərdən keçirməyiniz məqsədəuyğundur. 

Əgər mümkün olan bütün vasitələrdən istifadə etmisinizsə və heç nə alınmırsa, dənizin balıqlarla bol olduğunu xatırlayın. Siz elə bir yer tapmalısınız ki, orada sizə dəyər versinlər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər