28 C
Baku
Saturday, July 27, 2024

İnsanları və özünüzü necə anlaya bilərsiniz – Psixoloq məsləhəti

Bəzilərinizə ətrafdakı insanlarla ünsiyyət qurmaq, münasibət saxlamaq elə də ciddi məsələ kimi görünməyə bilər. Lakin bu kifayət qədər çətindir. Bundan əlavə, insanlar nəinki ətrafdakı insanları, özlərini belə anlaya bilmirlər.

Bəs bunun öhdəsindən necə gəlmək olar?! Aşağıda psixoterapevt Mixail Litvakın bəzi həyati sualların həllində sizə kömək edə biləcək məsləhətlərini təqdim edirik:

  • Mən uğura aparan yolu bilmirəm. Lakin bunun əvəzində uğursuzluğa gedən yolu yaxşı tanıyıram. Bu yol isə hər kəsin xoşuna gəlməyə çalışmaqdır.
  • Qadın və yaxud kişi məntiqi deyilən anlayış yoxdur, sadəcə düzgün düşünmək qabiliyyətinə sahib olub olmamaq var.
  • Əsas düşmənini tanımaq istəyirsən? Güzgüyə bax. Onun öhdəsindən gəl, digərləri də yox olacaq.
  • Dostlarla ünsiyyət qurmaq xoş, düşmənlərlə ünsiyyət qurmaq isə faydalıdır.
  • Münasibəti dayandırmaq və işdən istefa etməyin yeganə başa düşülən səbəbi var. Bu səbəb isə yaranmış şərtlərdə şəxsi artımın mümkün olmamasıdır.
  • Tam yetişməmiş şəxsiyyət bilir, lakin bacarmır. Yetişmiş şəxsiyyət həm bilir, həm də bacarır. Buna görə də birinci mühakimə edir, ikincisi isə edir.
  • İnsanlarla, həm dost, həm də düşmənlərinlə yalnız xoşbəxtliyini bölüş. Dostların sevinəcək, düşmənlərin kədərlənəcək.
  • Xoşbəxtliyin ardıyca qaçma, sadəcə onun olduğu yeri tap və o özü sənə doğru gələcək. Xoşbəxtliyin harda olduğunu isə sənə deyə bilərəm. Bu sənin özünsən. Ona aparan yol isə bütün sahib olduğun bacarıqların maksimum şəkildə inkişaf etdirilməsidir.
  • Kiməsə nəyisə sübut etməyə çalışırsansa deməli sadəcə onun üçün yaşayırsan. Əgər özün üçün yaşayırsansa heç kimə nəyisə sübut etməyə heç bir ehtiyac yoxdur.
  • Arzular – bizim bacarıqlarımızın səsidir. Bax, mən operada oxumağı arzu etmirəm. Nə səsim var, nə musiqi duyumum. Əgər bunu arzulasaydım, buna müvafiq olaraq bacarıqlarım olmalı idi. Hər vəchlə operaya düşməyə çalışardım. Sadəcə bu arzunu necə reallaşdırmaq barədə düşünmək lazımdır. Burada vacib olan tələsməməkdir və hər şey tez bir zamanda baş tutacaq.
  • İnsanların sənə hansı münasibət bəslədiyini öyrənmək istəyirsənsə onlara öz arzuların və məqsədlərin barədə danış. Sənə gizli nifrət duyan şəxs planlarını mühakimə etməyə, yaxşılıq arzulayan isə onları rahat şəkildə necə etməyin barədə məsləhət verməyə başlayacaq.
  • Uğura nail ol – incikliklər unudulacaq.

Son xəbərlər
Digər xəbərlər