7 C
Baku
Thursday, December 12, 2024

İnsanların COVID-19-a qarşı immunitet əldə etməsi fonunda “Pfizer”in gəlirləri azalır

“Pfizer” illik gəlir proqnozunu 13 % azaldıb və COVID-19-un peyvəndi və müalicəsindən gözləniləndən aşağı satış səbəbindən iş yerlərinin ixtisarı və 3,5 milyard dollarlıq xərcləri azaldacağını açıqlayıb.

Bu barədə “Reuters” məlumat yayıb.

Agentlik xatırladıb ki, “Pfizer” alman tərəfdaşı “BioNTech SE” ilə birgə “Comirnaty” peyvəndini və təkbaşına “Paxlovid” antiviral preparatı hazırladıqdan sonra 2021 və 2022-ci illərdə keçən il 100 milyard dolları ötən rekord gəlir əldə edib. Keçən il bu iki məhsuldan əldə edilən gəlir 56 milyard dolları ötüb.

Lakin 2021-ci ildən bəri illik aşılanma göstəriciləri kəskin şəkildə düşüb və peyvənd və əvvəlki infeksiyalar səbəbindən əhalinin immuniteti artdığı üçün müalicələrə tələbat azalıb. “Pfizer” və rəqibləri bu payız üçün yenilənmiş COVID-19 vaksini satmağa başlayıblar.

“Biz qürur duyuruq ki, elmi nailiyyətlərimiz qlobal sağlamlıq böhranının nəzarət altına alınmasında mühüm rol oynayıb”, – “Pfizer”in baş direktoru Albert Bura bildirib.

Onun sözlərinə görə, şirkət, “COVID-19-un peyvəndi və müalicəsinin göstəricilərinin nisbətinə aydınlıq əldə etdikcə, tələbatı ödəmək üçün müvafiq təklif səviyyəsini daha yaxşı qiymətləndirə biləcək”.

Dərman istehsalçısı daha öncə 2023-cü il üçün 67 milyarddan 70 milyardadək gəlir proqnozu versə də, hazırda bu nisbəti 58 milyard dollardan 61 milyard dollara qədər diapazonuna salıb. Şirkətin izahına görə, azalma yalnız COVID-19 ilə bağlı məhsullar üçün gözləntilərin azalması ilə əlaqədardır.

“Pfizer” bildirib ki, üçüncü rübdə şirkətin 5,5 milyard dollar dəyərində nağdsız xərclərə girməli olacaq ki, bunun 4,6 milyard dolları “Paxlovid”in silinməsi, 900 milyon dolları isə ehtiyatların silinməsi ilə digər vaksin xərcləmələridir.

Şirkət 2024-cü ilin sonuna qədər hər il azı 3,5 milyard dollar qənaət etməyi hədəfləyən xərclərin azaldılması proqramına işdən azadetmələri də daxil etsə də, bunların nə qədər işçi sayını və ya hansı sahələri əhatə edəcəyi açıqlamayıb. Qənaətə nail olmaq üçün birdəfəlik xərclərin təxminən 3 milyard dollar olacağı gözlənilir.

“Reuters”in məlumatına görə, şirkətin səhmləri genişlənmiş hərracda təxminən 7 % ucuzlaşıb.

“Pfizer” “Paxlovid” antiviral dərmanı üçün satış proqnozunu təxminən 7 milyard dollar, o cümlədən 4,2 milyard dollar nağdsız gəlir itkisi ilə azaldıb, çünki şirkət ABŞ hökuməti tərəfindən satın alınan 7,9 milyon kursun qaytarılmasına icazə verməyə razılaşıb. Şirkət əvvəllər “Paxlovid”in illik gəlirinin təxminən 8 milyard dollar olacağını gözləyirdi.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər