21 C
Baku
Wednesday, October 9, 2024

İnsestin nəticəsi: Alimlər Tutanhamonun simasını bərpa etdi

Tutanhamon-un siması prinsip olaraq qan qarışıqlığının insan üçün yaratdığı təhlükələri əks etdirən tarixi bir nümunəyə çevrildi. Onun valideynləri bacı və qardaş olub.

Tutanhamonun yeni portreti alimlər tərəfindən virtual autopsiya, yəni mumiyanın anatomik xüsusiyyətlərinin təhlili.

əsasında kompüter modelləşdirilməsi vasitəsilə yaradılır. Məşhur firon ciddi şəkildə hormonal problemlərdən əziyyət çəkmiş ola bilərdi ki, bu da onun düzgün təşkil edilməmiş bədən quruluşuna və erkən ölümünə səbəb kimi çıxış edə bilər.

tutanxamon-okazalsya-kosolapym-invalidom-s-krolichimi-zubami-i-zhenskimi-bedrami_46405_0

Fironun mumiyası tomoqrafın köməkliyi ilə təhlil edilir və 2000-dən artıq scan nəticə əldə edilir. Bundan əlavə, alimlər Tutanhamonun və onun qohumlarından götürdükləri nümunələr ilə DNA təhlili etmişlər. 10 il davam edən araşdırmanın son nəticəsi olaraq isə alimlər Tutanhamonun sağ ikən necə göründüyünü təsvir edə bilmişlər. Tutanhamonun insest nəticəsində dünyaya gəldiyi araşdırma gedişində aşkar edilir.

Belə məlum olur ki, 19 yaşında dünyasını dəyişmiş Tutanhamon cəlbedici olmayıb. Sol ayağı topuq hissədən əyri idi. Əyripəncəli olması səbəbindən isə daim əsa ilə gəzməli olurdu. Bundan əlavə, fironun geniş baldırları və dar çiyinləri var idi.

XVIII sülalənin fironu olan Tutanhamon təqribən 18 yaşı olarkən dünyasını dəyişir. Onun ölüm səbəbləri indiyə qədər naməlum olaraq qalmaqdadır.

Son xəbərlər
Digər xəbərlər