13 C
Baku
Friday, May 17, 2024

Instagram istifadəçiləri alış-veriş etməyə sövq edir – Araşdırma

Banker.az xəbər verir ki, Dana Rebecca Designs şirkəti iki min Instagram istifadəçisi ilə apardığı sorğu nəticəsində belə müəyyən edib ki, bu insanların 72%-i Instagram şəbəkəsində hər hansı bir paylaşımı izlədikdən sonra tərz və gözəllik sahəsindən alış-veriş edib. İstifadəçilərin 29%-u isə hər hansı məzmunu izlədikdən sonra zinət əşyası və yaxud aksessuar alıb.

Araşdırmada qeyd edilir ki, Instagramı “ziyarət” etdikdən sonra ən çox alınan məhsullar sırasında geyim, kosmetika, ayaqqabı və bəzək əşyaları var. Instagram paylaşımlarının təsiri altında alış-veriş etmiş istifadəçilərin əksəriyyətini qadınlar təşkil edir. Araşdırma müəllifləri qeyd edir ki, kişilər 5 dəfə daha az təsir altına düşərək gördükləri ayaqqabını almağa can atıb.

Hansı sosial şəbəkənin onları alış-veriş etməyə sövq etdiyi ilə bağlı suala respondentlər bu cavabları vermişlər: Instagram – 50%, Facebook – 23%, Pinterest – 22%, Twitter – 3%, digərləri isə Snapchat.

Sosial şəbəkələrin insanları alış-veriş etməyə sövq etməsi fenomeni bir çox riteylerləri bu platformalarda öz məhsullarını daha fəal şəkildə yerləşdirməyə, reklam etməyə həvəsləndirir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər