23 C
Baku
Thursday, April 25, 2024

“Instagram” yeni funksiyanı işə salıb

“Instagram” sosial şəbəkəsi bloggerlərə ödənişli abunə funksiyasını sınaqdan keçirməyə başlayıb.

Banker.az xəbər verir ki, hələlik təcrübə yalnız ABŞ-da keçirilir. “Subscribe” (Abunə olmaq) düyməsi basketbolçu Sedona Prins, astroloq Aliza Kelli və gimnast Cordan Çarlz da daxil olmaqla 10 məşhur blogger üçün əlçatandır. Aylıq ödəniş qarşılığında abunəçilər eksklüziv kontent və bəzi yeni funksiyalar əldə edəcəklər.

Gələcəkdə “Instagram” ödənişli abunələrin funksional imkanlarını genişləndirəcək. Məsələn, müəlliflər abunəçi siyahılarını digər platformalara köçürə biləcəklər. Sosial şəbəkənin rəhbəri Adam Mosserinin sözlərinə görə, pullu abunələr müəllifə proqnozlaşdırıla bilən gəlir mənbəyi təmin edəcək. Aylıq abunənin qiyməti 0.99 dollardan 4.99 dollara qədər olacaq.

Daha əvvəl “Facebook”un baş direktoru Mark Çukerberq bildirmişdi ki, şirkət 2023-cü ilə qədər ödənişli abunədən komissiya götürmək fikrində deyil. Bu, ona məxsus olan “Instagram”a da aiddir.

2021-ci ilin sonunda ən yüksək maaş alan “Instagram” ulduzlarının reytinqində lider dəyişib. Bu titul daha əvvəl aktyor və keçmiş güləşçi Dueyn Consona məxsus olub. İndi onu ilk yerdən İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Kriştiano Ronaldo əvəzləyib. 36 yaşlı idmançının bir postu orta hesabla 1.6 milyon dollara başa gəlir.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər