20 C
Baku
Sunday, May 5, 2024

“Instagram” yeni funksiyanı işə salıb

“Instagram” yeni “Şəxsi hekayədə bəyənmə” (Private Story Likes) funksiyasını işə salıb.

Banker.az xəbər verir ki, tətbiqin “Hekayə” (Stories) bölməsinin interfeysində ürək işarəsi görünəcək ki, bu da mesaj göndərmədən paylaşıma qiymət verməyə imkan verəcək.

Qeyd edək ki, “Hekayə”lərə əvvəl də reaksiya mümkün idi, lakin bütün reaksiyalar müəllifin “Mesaj qutusu” (Direct) bölməsinə gəlirdi. Yeni funksiya isə bu cür mesajların sayını azaltmağa imkan verəcək.

Neçə istifadəçinin “Hekayə”ni bəyəndiyini öyrənmək üçün paylaşımın statistikasına baxmaq lazım olacaq, hansıki yalnız müəllif üçün əlçatan olacaq.

Yeni funksiya bütün “Instagram” istifadəçiləri üçün əlçatandır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər