15 C
Baku
Friday, March 29, 2024

“Instagram”dan yeni funksiya – Video yaratmaq mümkün olacaq

“Instagram” sosial şəbəkəsi ehtimal ki, video yaratmaq üçün yeni alət üzərində işləyir.

“Business Insider” nəşri yazır ki, yeni funksiya faktiki olaraq qısa video çarxların paylaşıldığı “TikTok”un imkanlarını kopya edir.

Qeyd edilir ki, yeni funksiya Kliplər adlanır. Funksiya “Instagram”da videonu ayrı fraqmentlər üzrə qeyd etməyə, sürət və uzunluğunu tənzimləməyə və çarxa musiqi əlavə etməyə imkan verəcək.

Video redaktənin analoji imkanları “TikTok” platformasında da var və istifadəçilər tez-tez bu alətlərdən istifadə edirlər. Onlar 15 saniyəlik komedi çizimlər yaratmaq və şəbəkənin fleşmobunda iştirak üçün bu imkanlardan faydalanırlar. Hələ təqdim edilməmiş funksiyanı mühəndis Ceyn Mançun Vonq özünün “Twitter” hesabı üzərindən paylaşıb. O, qeyd edib ki, yeni alətin yaradılması haqqında hələ iyuldan məlumatlı idi.

Nəşr qeyd edir ki, bu “Instagram”ın başqa xidmətlərin funksiyalarını öz platformasında təkrarladığı ilk hadisə deyil. Məsələn, 2016-cı ildə “Instagram”da Stories-Hekayələr bölümü yaradıldı. Bu isə istifadəçilərə 24 saat ərzində yox olan şəkil, video paylaşmağa icazə verirdi. O vaxta qədər isə analoji format “Snapchat” platformasının əsas aləti hesab olunurdu.

©Facemark.az

Son xəbərlər
Digər xəbərlər