15 C
Baku
Friday, March 29, 2024

İnstaqram “Amber Alerts” adlı yeni funksiyasını təqdim edib

Məşhur foto və video paylaşma platformalarından biri olan İnstaqram çərşənbə günü Beynəlxalq Uşaqlar Günü ilə bağlı yeni funksiyanı istifadəyə verib.

Banker.az xəbər verir ki, bu funksiya istifadəçilərə yaşadıqları ərazidə itkin düşən uşaqlar haqqında bildirişlərə baxmaq və paylaşmaq imkanı verəcək. “Amber Alerts” adlı yeni funksiya sayəsində axtarış sahəsinə yaxın olan istifadəçilər üçün İnstaqramda xəbərdarlıq olacaq. Xəbərdarlıq oğurluğun təsviri, yeri kimi bütün məlum məlumatları ehtiva edəcək. Bundan sonra istifadəçilər xəbərləri yaymaq üçün öz hesablarında xəbərdarlıq paylaşa biləcəklər.

Funksiya ilk olaraq ABŞ və 25 başqa ölkədə istifadəyə veriləcək. Şirkət bu xüsusiyyətin gələcəkdə daha çox ölkəyə yayılacağını bildirib. Məlumata əsasən, funksiya yaxın bir neçə həftə ərzində Argentina, Avstraliya, Belçika, Bolqarıstan, Kanada, Ekvador, Yunanıstan, Qvatemala, İrlandiya, Yamayka, Koreya, Litva, Lüksemburq da daxil olmaqla bir çox ölkədə əlçatan olacaq.

Son xəbərlər
Digər xəbərlər