“Intel” şirkəti yeni “Xeon” server prosessorlarını təqdim edib. Yeni istehsal xəttinin ən güclü prosessoru olan “Platinum 9200” 56 nüvə və 112 axına malikdir.
“Advanced Performance” (AP) adlandırılmış yeni istehsal xəttinə 4 çip daxildir: 9221, 9222, 9242 və 9282. “Xeon Scalable Processor”dan fərqli olaraq yeni həll bir prosessor modulunda 2 ədəd “Cascade Lake” hesablama kristalı var. Yeni həll superkompüterlər, süni intellekt məsələlərinin həlləri və geniş təhlil üçün hazırlanıb.
©ICTnews