10 C
Baku
Thursday, December 12, 2024

“İnternational” BOKT 13% illik ödənişlə borc cəlb edir

12 oktyabr 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “İnternational” BOKT ASC-nin istiqrazları ümumi dəyəri 2,000,000 (iki milyon) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

17 oktyabr 2023-cü il tarixində Bakı Fond Birjasında “İnternational” BOKT ASC-nin ümumi dəyəri 2,000,000 (iki milyon) manat olan istiqrazlarının yerləşdirilməsi rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİN AZ2007021028
İstiqrazların növü və forması Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazlar
İstiqrazların sayı 20000 (ədəd)
Nominal Dəyəri 100 manat
Hərrac tarixi 17.10.2023
İllik faiz dərəcəsi 13%
Tədavül müddəti 18 ay
Kupon faizlərinin ödəniş müddəti hər 90 gündən bir

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir

Son xəbərlər
Digər xəbərlər