9 C
Baku
Thursday, December 12, 2024

İnternet Bankçılıqdan təhlükəsiz istifadə qaydalarını bizimlə öyrənin!

İnternet Bankçılıqdan təhlükəsiz istifadə qaydalarını Yapı Kredi Bankçılıq Akademiyasının Sizə təqdim etdiyi əməliyyat təhlükəsizliyi təlimi vasitəsilə öyrənin. Təlimdə şifrə məlumatlarının qorunması, kompyuterdən təhlükəsiz istifadə, sosial şəbələlərdən istifadə edərkən təhlükəsizlik qaydalarının riayət edilməsi ilə bağlı faydalı məlumatlar mövcuddur.

internet bankciliq previewİnternet Bankçılıqdan istifadə etmədən öncə bu qaydalarla tanış olmağı Sizə tövsiyyə edirik. www.yapikredi.com.az saytında “Təlim” menyusuna daxil olaraq bir neçə dəqiqənizi ayırıb təlim videosunu izləməklə İnternet Bankçılıqdan təhlükəsiz istifadənin əsas məqamlarını öyrənmiş olacaqsınız.

İnternet Bankçılıqdan istifadə edərkən diqqət edilməli əsas məqamları qısa olaraq diqqətinizə çatdırırıq:

  • Şifrə məlumatlarınızı digər şəxslərlə bölüşməyin
  • Kompyuterinizdə lisenziyalı proqramlardan istifadə edin
  • Kompyuterinizə yüklədiyiniz materilalları antivirus nəzarətindən keçirin
  • Mənşəyini bilmədiyiniz proqramları komyuterinizə yükləməyin
  • İnternet əlaqənizi ADSL vasitəsilə edirsinizsə internetdən istifadə etmədiyiniz zamanlarda modemin söndürülməsinə diqqət edin
  • İnternet Bankçılıq şifrənizi təyin edərkən digər şəxslərin asan şəkildə əldə edə biləcəyi bir şirfə seçməyin, şifrənizi tez-tez dəyişdirin, şifrə və istifadəçi kodunuzu kompyuterinizdə qeyd etməyin, heç bir yerə yazmayın, pul qabınızda daşımayın.

Ətraflı məlumat üçün 7/24 rejimdə fəaliyyət göstərən *0444 Yapı Kredi Telefon Mərkəzi ilə əlaqə saxlamağınız xahiş olunur.

Son xəbərlər
Digər xəbərlər