17 C
Baku
Saturday, May 4, 2024

İnternet sürətində yeni rekord qeydə alınıb: 1 mlrd. Mbit/s

Yaponiyada internet sürətinə görə daha bir rekord qırılıb. Belə ki, Milli İnformasiya və Kommunikasiya Texnologiyaları İnstitutunun (NCIT) tədqiqat qrupu saniyədə 1.02 petabayt (təxminən 1 024 terabit, 1 020 000 000 Mbit/s) məlumat ötürmə sürətinə nail ola bilib.

Banker.az xəbər verir ki, Webteknonun yaydığı məlumata görə, yapon tədqiqatçılarının əldə etdiyi sürət eyni anda 10 mln. 8 min video dəyərindədir. Açıqlamalara görə, bu sürət rekordu ilə bağlı başqa bir detal istifadə olunan fiber optik şəbəkədir. Tədqiqatçılar bunun bu gün istifadə edilən internet infrastrukturlarından fərqli olmadığını deyir. Bu, gələcəkdə bu cür sürətlərə çatmağı asanlaşdıra bilər.

Məlumat üçün bildirək ki, dünyada orta sabit internet sürəti 60.76 Mbit/s-dir. Türkiyədə bu göstərici orta hesabla 27.64 Mbit/s-dir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər