9 C
Baku
Friday, December 13, 2024

İnternet xidmətlərinin tarifləri ilə bağlı yeniliklər açıqlanıb

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini​ Rövşən Rüstəmov bildirib ki, İnternet xidmətlərinin tarifləri ilə bağlı artıq ciddi yeniliklər var.

“Aztelekom” və “Baktelekom” tərəfindən bu məsələlər diqqətlə nəzərdən keçirilib və önəmli düzəlişlər edilib. 2021-ci ilin avqust ayından etibarən ADSL seqmentində ən aşağı sürət seçimlərinə dəstəyi dayandırmışıq. Həmçinin həmin tarixdən tarifləri endirmişik, yeni tariflər üzrə faktiki olaraq 4 Mb/s-in qiyməti 20 AZN-dən 13 AZN-dək (35%), 7Mb/s-in qiyməti 40 AZN-dən 16 AZN-dək (60%) və 10Mb/s-in qiyməti 50 AZN-dən 19 AZN-dək (60%-dən çox) endirilib.

Mövcud tarif siyasəti əhaliyə xeyli aşağı qiymətə daha yüksəksürətli internetdən istifadə etmək imkanı verəcək. Azərbaycanda orta internet sürətindəki artımın böyük mənzərənin yalnız bir hissəsi olduğunu unutmamalıyıq. Vətəndaşların yüksəksürətli internetə qoşulma imkanı olmalıdır. Növbəti 5 ildə ən müasir GPON (Gigabyte Passive Optical Network) texnologiyasına diqqət yetirməklə ölkədə sabit genişzolaqlı internetin əlçatanlığının 100%-ə yüksəldilməsi planlaşdırılır. Zənnimcə, bu hədəfə çatmaq üçün ən optimal və effektiv yol dövlət-özəl tərəfdaşlığı çərçivəsində özəl internet provayderləri ilə əməkdaşlıq qurmaqdır”.

Son xəbərlər
Digər xəbərlər