15 C
Baku
Friday, April 26, 2024

İnterpol “Wirecard”ın keçmiş əməliyyat direktorunu beynəlxalq axtarışa verib

İnterpol Almaniyanın fintex startapı “Wirecard”ın keçmiş əməliyyat direktoru Jan Marsaleki beynəlxalq axtarışa verib. Onun axtarışa verilməsi və ekstradisiyası üçün həbs olunmasına dair göstəriş dünyanın bütün hüquq-mühafizə orqanlarına veriləcək.

Xatırladaq ki, şirkətin əməkdaşları Jan Marsaleki “Wirecard”ın hesablarında 1,9 milyard avro yoxa çıxandan sonra dərhal axtarmağa başlayıblar. Bununla əlaqədar olaraq, Marsalek Münhen prokurorlarının cinayət işində əsas şübhəli bilinən şəxslərdən biridir.

Keçmiş icraçı direktor Markus Braun və şirkətin digər iki keçmiş rəhbəri iyul ayında həbs edilib. Prokurorların verdiyi məlumata görə, “Wirecard” itkilər barədə 2015-ci ildən bəri məlumatlı olub. Onlar Marsalek ilə təxminən 3,2 milyard avro əldə etmək üçün maliyyə hesabatlarını saxtalaşdırıblar və investorları, müştəriləri və kreditorları aldadıblar.

WSJ-in qeyd etdiyi kimi, Braun uzun illər şirkətin ictimai siması olub, Marsalek isə tərəfdaşlarla ilə əlaqələr qurub, o cümlədən törəmə strukturları idarə edib. Əldə olunan gəlirlər hesaba köçürülməli idi, lakin indi “Wirecard” bu pulun olub-olmadığına şübhə edir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər