İnterpolun prezidenti vəzifəsinə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) generalı Əhməd Nasser əl-Raisi təyin edilib.
Banker.az xəbər verir ki, “Cənab Əhməd Nasser əl-Raisi yeni prezident seçilib (dördillik müddətə)”, – deyə mesajda bildirilir.
Eyni zamanda İnterpol Amerika qitəsi üzrə vitse-prezidenti – braziliyalı Valdesi Urquiza və təşkilatın Afrika üzrə vitse-prezidenti – nigeriyalı Qarba Baba Umar seçilib.
Hər iki nümayəndə üç il ərzində öz vəzifələrində çalışacaq.