6 C
Baku
Sunday, December 15, 2024

“İnvest-AZ İnvestisiya Şirkəti”nin səhmdarlarının pay bölgüsü dəyişib

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin əsas səhmdarı Elşən Quliyev payını 60%-dən 74%-ə çatdırıb. Bu barədə maliyyə qurumunun hesabatında deyilir.

Məlumata görə, əvəzində digər səhmdar Ceyhun Abdullayevin payı 40%-dən 26%-ə düşüb. Səhmdarların pay bölgüsünün dəyişməsi investisiya şirkətinin nizamnamə kapitalının 2 dəfə artırılaraq 800 min manatdan 1,6 milyon manata çatdırılmasından sonra baş verib.

Xatırladaq ki, “Invest-AZ” 2006-cı ildə yaradılıb.

Report

Son xəbərlər
Digər xəbərlər