9 C
Baku
Friday, December 13, 2024

“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR. 

Amerikada yüksək inflyasiya dolların qiymətlərinə yük olmaqla, EURUSD məzənnəsinin də 1.19$-ın üzərində ticarət edilməsinə səbəb olur. Lakin hazırda avronun bahalaşması dinamikası da zəifləyib. Bununla yanaşı, cümə günü Bakı vaxtı ilə saat 12:00-da Avrozonadan dərc ediləcək xidmət və sənaye sektorlarına dair önəmli fundamental göstəricilər üzrə proqnozlar da aşağı istiqamətlənib. 

GBP. 

GBPUSD məzənnəsinin də 1.39$-da müqavimətlə rastlaşacağı ehtimal edilir. 

İngiltərədə işsizliyin də artması proqnozlaşdırılır. Bununla bərabər, cümə günü saat 12:30-da İngiltərədən də xidmət və sənaye sektorları ilə bağlı vacib göstəricilər açıqlanacaq. 

TRY. 

TCMB faiz qərarında növbəti dəfə dəyişiklik etmədikdən sonra USDTRY məzənnəsi 8 – 8.22TL aralığında üfüqi istiqamətdə dalğalanmaqda davam edir. Beləliklə, növbəti istiqamət sözügədən sərhədlərdən birinin qırılması ilə müəyyən olacaqdır. 

OIL. 

Beynəlxalq enerji birjalarında isə Avropanın Brent neftinin bir barel qiyməti bahalaşsa da, 67$-da müqavimətlə rastlaşıb. Müqavimətin qırılması ilə 71$-ın da aşılması ilə nəticələnən yeni bahalaşma trendi başlaya bilər. 

Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir. 

GOLD. 

Foreks bazarlarında dolların ucuzlaşması, əlvan metallar bazarlarında qızılın da yenidən dəyər qazanmasına səbəb olur. Təhlillərə əsasən, bir unsiya üzrə qiymət 1810$-a (58.2 $/qram) kimi də bahalaşa bilər. 

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin 

Analitika Departamenti

“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

 

Son xəbərlər
Digər xəbərlər