10 C
Baku
Friday, December 13, 2024

“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz (Müharibə ilə risklər daha da artır)

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR. 

Avropada müharibənin davam etməsi fonunda EURUSD məzənnəsinin gələcək qiyməti proqnozları da aşağı salınmaqdadır. Təhlillərə əsasən, avro 1.09$-a kimi enə bilər. 

Bununla yanaşı, carı həftə ərzində cümə günü Bakı vaxtı ilə saat 17:30-da Amerikanın əmək bazarı ilə bağlı yayımlanacaq önəmli göstəricilər də investorların diqqət mərkəzində olacaqdır. 

GBP. 

Eyni texniki mənzərə GBPUSD məzənnəsində də müşahidə edilir. Hazırda 1.34$-ın altında ticarət edilən funt sterlinq, 1.32$-a ucuzlaşa bilər. 

TRY. 

Foreksdə dolların bahalaşması, özünü USDTRY məzənnəsində də göstərir. 14TL-nin üzərində təklif edilən məzənnə, 15TL-nin üzərinə yüksələ bilər. 

Cümə axşamı saat 11:00-da dərc ediləcək Türkiyədə inflyasiya səviyyəsi də önəmli rol oynayacaqdır. 

OIL. 

Enerji birjalarında neftə olan tələbin daha da artması ilə Brent 102$-a bahalaşıb və növbəti yaxın səviyyə isə 111$-dır. 

Çərşənbə günü saat 19:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir. 

GOLD. 

Dünyada siyasi və iqtisadi risklərin artması ilə qızıl da dəyər qazanmaqdadır və 1938$-ın (62.3 $/qram) qırılması ilə burada da yüksəliş sürətlənə bilər. 

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

 

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin 

Analitika Departamenti

“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

 

Son xəbərlər
Digər xəbərlər