14 C
Baku
Thursday, March 28, 2024

İnvestisiya həcmi 13 milyard olan layihələr – “Eni” neft-qaz konserninin Misir fəaliyyəti

İtaliyanın “Eni” neft-qaz konserninin son üç ildə Misirə yatırdığı investisiyaların həcmi 13 milyard dollara çatıb.

Banker.az AZƏRTAC-a istinadla xəbər verir ki, bunu “Eni” şirkətinin başçısı Klaudio Deskaltsi Qahirədə Misirin Baş naziri Mustafa Madbuli və neft və mineral ehtiyatlar naziri Tarik Al Mulla ilə görüşündə bildirib. Onun sözlərinə görə, Misir konsernin böyük məbləğdə investisiya yatırmaqda maraqlı olduğu ilk ölkələrdən biridir. O vurğulayıb ki, “Eni” şirkətinin Misirə yatırılan investisiyaları artırmaq üzrə cəsarətli planları var. “Zöhr” yatağında qaz hasilatı böyük sürətlə davam edir, hasilatın həcmi durmadan artır.

İtaliya konserninin Misir ərazisində fəaliyyətini yüksək qiymətləndirən Baş nazir Mustafa Madbuli qeyd edib ki, ölkə hökuməti “Eni”nin fəaliyyətini hərtərəfli dəstəkləməyə hazırdır və konsernin fəaliyyəti prosesində yaranan hər hansı maneəni aradan qaldırmaq üçün hər cür səy göstərəcək.

Son xəbərlər
Digər xəbərlər