-1 C
Baku
Sunday, December 15, 2024

İnvestisiya proqramına dair Hesablama Palatasının səlahiyyətinə dəyişiklik edilib

Azərbaycan Prezidentin 2010-cu il 17 mart tarixli 239 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”nda, 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi və “Hesablama Palatası haqqında” Qanununda dəyişiklik edilməsi barədə” 2017-ci il 31 oktyabr tarixli 846-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2017-ci il 5 dekabr tarixli 1707 nömrəli Fərmanının ləğv edilməsi barədə  Prezident fərman imzalayıb.

Fərmanda deyilir,

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 17 mart tarixli 239 nömrəli Fərmanı  ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3.15-ci və 4.3-cü bəndlərə “Nazirlər Kabinetinə” sözlərindən sonra “və Azərbaycan Respublikasının Hesablama Palatasına” sözləri əlavə edilsin;

(Əvvəl- 3.15. İqtisadiyyat Nazirliyi tərəfindən Proqramın dəqiqləşdirilmiş layihəsi sentyabr ayının 15-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.)

1.2. 3.21-ci bəndin birinci cümləsində “və Maliyyə Nazirliyinə” sözləri “, Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Hesablama Palatasına” sözləri ilə əvəz edilsin.

(Əvvəl – 3.21. Sifarişçi təşkilatlar layihələrin icrası ilə bağlı tərtib etdikləri rüblük və illik hesabatları İqtisadiyyat Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim edirlər. Rüblük hesabat növbəti rübün birinci ayının 25-dək, illik hesabat isə sonrakı ilin fevral ayının 1-dək təqdim edilir. Hesabat formaları İqtisadiyyat və Sənaye Nazirliyi və Maliyyə Nazirliyi tərəfindən birgə hazırlanır və təsdiq edilir.)

2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş  “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 64-cü hissəsi ləğv edilsin.

(Əvvəl- 64. Məcəllənin 547-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Hesablama Palatası adından – Palatanın sədri, onun müavini, Aparatın rəhbəri, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi, onun müavini.)

3. “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 846-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 dekabr tarixli 1707 nömrəli Fərmanı  ləğv edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 may 2019-cu il.

Son xəbərlər
Digər xəbərlər