25 C
Baku
Friday, April 19, 2024

“iOS 11” sistemi “iOS 10”-dan çox enerji sərf edir”

“Wandera” şirkətinin apardığı tədqiqat yeni “iOS 11” əməliyyat sisteminin “iPhone” və “iPad” qurğularında “iOS 10” sistemindən fərqli olaraq 2 dəfə daha çox enerji sərf etməsini təsdiq edib.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, xatırladaq ki, “iOS 11” sisteminədək yenilənmədən sonra istifadəçilər çoxsaylı səhvlər, məhsuldarlığın pisləşməsi, interfeysdə çatışmazlıqlar və avtonomluqla bağlı problemlərlə üzləşiblər. “Wandera” mütəxəssislərinin hesabatından məlum olub ki, “iOS 10” sisteminin idarəetməsi ilə işləyən “iPhone” və ya “iPad” qurğularının akkumulyatorunun 100 faiz doldurulan enerjisi orta hesabla 240 dəqiqəyə bitəcək. Halbuki “iOS 11”-də bu vaxt göstəricisi iki dəfə azdır.
Məlumata görə, “Wandera” tədqiqatı “iPhone” və “iPad” qurğularından orta və maksimum səviyyədə istifadə edən 50 min istifadəçi məlumatı əsasında aparıb. Üç gün ərzində “iOS 10” və “iOS 11” qurğularında enerji sərfiyyatı yoxlanılıb. Yuxarıda qeyd edildiyi kimi, “iOS 10” sistemli qurğular orta hesabla 240 dəqiqə işlədiyi halda “iOS 11” qurğularının enerjisi 96 dəqiqəyə tükənib. “Wandera” bu rəqəmlərə başqa cür nəzər salmağı təklif edir:

“iOS 10”-da enerjidən istifadə sürəti saniyədə 0,006958 faiz, “iOS 11”-də isə saniyədə 0,01739 faiz təşkil edir.

İnternetdə müəyyən əlavələri silməklə və ya bir sıra servisləri söndürməklə “iOS 11” sistemli qurğuların avtonomluğunu artırmaqla bağlı çoxlu tövsiyələrə rast gəlmək mümkündür. Lakin buna baxmayaraq “Apple” şirkəti indiyədək avtonomluqla bağlı problemin mövcudluğunu etiraf etməyib. Problemin əməliyyat sisteminin gələcək versiyalarında aradan qaldırılacağı ehtimal olunur.

Son xəbərlər
Digər xəbərlər