28 C
Baku
Saturday, July 13, 2024

“İpək Yolu Sığorta”nın 3-cü rübdə mənfəəti azalıb

“İpək Yolu Sığorta” 2022-ci ilin 3-cü rübünü 724 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə isə sığorta şirkətinin mənfəəti 783 min manat olub ki, bu da illik müqayisədə 7.5% azalıb.

Banker.az bu barədə sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.

Bu ilin yanvar-sentyabr aylarında  “İpək Yolu Sığorta”nın gəlirləri 19 milyon 86 min manat (əvvəlki ilə nisbətən 16% çox), xərcləri 18 milyon 181 min manat (əvvəlki ilə nisbətən 18% çox), mənfəət vergisi ödəmələri isə 181 min manat təşkil edib. (azalma 8%)

2022-ci ilin 3-ci rübündə “İpək Yolu Sığorta”nın aktivləri 36 milyon 639 min manat olub ki, bu da ilin əvvəlinə nisbətən 53.5% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 3 dəfə artaraq 21 milyon 98 min manata çatıb, balans kapitalı isə 7.2% azalaraq 15 milyon 541 min manata düşüb.

Xatırladaq ki, “İpək Yolu Sığorta” 2011-ci ildə “AZAL Sığorta” ASC-nin bazasında yaradılıb, “Silkway Holding” MMC-yə daxildir.

s1

s2

s3s4

Son xəbərlər
Digər xəbərlər