Azərbaycanda əsasən hava nəqliyyatında sığortaçı kimi çıxış edən “İpək Yolu Sığorta” ASC 2023-cü ildə səhmdarlarına 735 min manat dividend elan edib.
Banker.az xəbər verir ki, şirkət hesabat ilində 19 milyon 845 min manatlıq cəmi gəlirə qarşı 669 min manat xalis mənfəət əldə edib. Xalis mənfəət 2022-ci ildə 726 min manat xalis mənfəət əldə edilmişdi.
Bununla da, son iki ildə 2 milyon 669 min manat həcmində səhmdarlarına dividend ayırıb.
“İpək Yolu Sığorta” ASC 1995-ci ildə təsis edilib və səhmdarları Cəmilə Əsgərova (38.74%), Məlahət Əsgərova (38.74%), “ASG Busıness Avaatıon” (19.05%) və “Azərbaycan Hava Yolları”dır (3.47%).