1 C
Baku
Monday, February 26, 2024

“iPhone 14” smartfonlarının istehsalı 16 milyon ədəd azalacaq

2022-ci ildə “Apple” kompaniyasının “iPhone 14” seriyalı smartfonlarının istehsalı əvvəlki proqnozlarla müqayisədə 16 milyon ədəd azala bilər.

Bloomberg agentliyi bu barədə İsveçrənin UBS bankının analitiklərinə istinadla məlumat yayıb.

Mütəxəssislərin fikrincə, 2022-ci ilin ikinci yarısında 76 milyon “iPhone 14” smartfonu istehsal olunacaq, halbuki əvvəllər bu göstərici 92 milyona çatırdı. Analitiklər “iPhone” istehsalının 2021-ci illə müqayisədə 20 faiz azalacağını proqnozlaşdırır.

İstehsalın azalması “iPhone” smartfonlarının dünyada ən böyük yığıcısı olan “Foxconn” zavodunun yerləşdiyi Çjençjou şəhərində koronavirus səbəbindən tam qapanma tətbiq edilməsi ilə əlaqələndirilir. Şəhərin hakimiyyət orqanlarının noyabrın 24-də elan etdiyi lokdaun altı gün sonra ləğv olunub.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər