“Apple”ın planlarından xəbərdar olan “Tianfeng Securities” analitiki Minq-Çi Kuo Amerika şirkətinin “iPhone SE 2022” smartfonunu buraxacağını təsdiq edib.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Bildirildiyi kimi, bu model bir anda iki smartfonu əvəz edəcək: mövcud “iPhone SE” və istehsalı dayandırılan “iPhone 12 mini”.
“iPhone SE 2022”nin təqdim ediləcəyi tarix açıqlanmır, lakin analitik qeyd edir ki, bu model “Apple”ın ən ucuz və yığcam 5G smartfonu olacaq.
Mütəxəssisin sözlərinə görə, model hazırkı “iPhone SE”nin dizaynında olacaq, lakin əlavə olaraq 5G texnologiyasını dəstəkləyəcək. Bundan əlavə, smartfon 6 düymlük ekran, “Apple A14 Bionic” prosessoru və “Face ID” ilə təchiz ediləcək.