29 C
Baku
Thursday, May 30, 2024

“iPhone” smartfonlarının buraxılışı dayandırılıb

ABŞ-ın “Apple” şirkətinin Çində yerləşən zavodunda “iPhone” smartfonlarının istehsalı ikihəftəlik müddətə dayandırılıb.

“ICTnews” Elektron Xəbər Xidməti “İzvestiya” resursuna istinadən yazır ki, məlumata görə, istehsalın dayandırılmasına səbəb smartfonların istehsalı zamanı baş verən pozuntu halları olub. Belə ki, Kunşan şəhərində yerləşən zavodda smartfonlarda şirkət tərəfindən sertifikatlaşdırılmayan istehsalçının sukeçirməz komponentlərindən istifadə edilib.

Bildirilir ki, hər beşinci “iPhone 8 Plus” modeli Çinin “Wistron” şirkəti tərəfindən istehsal olunur, digər smartfon modellərinin istehsalı ilə Tayvanın “Foxconn” şirkəti məşğul olur.

“Apple” smartfonlarının istehsalının dayandırılması ilə əlaqədar yaranmış vəziyyətə görə şirkətin hərraclarda səhmlərinin dəyəri 5 faiz ucuzlaşıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər