14 C
Baku
Thursday, April 25, 2024

“iPhone” smartfonuna müdaxilə üsulu aşkar edilib

“YouTube”da yerləşdirilmiş çarxda “Siri” səsli köməkçisinin yardımı ilə “iPhone” smartfonuna müdaxilə üsulu göstərilib.

Banker.az “ICTnews”a istinadən yazır ki, videoda blokdan çıxarma kodunu bilmədən smartfonun telefon kitabındakı kontaktların məlumatlarına müdaxilə nümayiş etdirilib. Bunun üçün qurğuda aktivləşdirilmiş telefon nömrəsini bilmək kifayətdir.

Blokdan çıxarma kodunu daxil etməni keçmək üçün “Siri”nin köməyi ilə “VoiceOver” proqramını işə salmaq, bundan sonra telefona zəng vurmaq və mesajla çağırış etmək lazımdır. Bundan sonra telefon kitabını açmaq və əlaqələrə giriş əldə etmək olar.

Bu problem cari il sentyabrın ortalarında “iPhone” üçün çıxarılmış yeni “iOS 12” əməliyyat sistemində aşkar edilib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər