12 C
Baku
Saturday, November 23, 2024

iPhone və iPad-ı gözlə idarə etmək mümkün olacaq – “Apple” yeni funksiyalar təqdim edib

“Apple” korporasiyası 2024-cü ildə iPhone və iPad cihazlarına əlavə ediləcək yenilikləri açıqlayıb. Onlardan biri cihazların gözlər vasitəsilə idarə edilməsi olacaq.

Bildirilir ki, süni intellektlə işləyən yeni funksiya məhdud hərəkət qabiliyyəti olan istifadəçilərə sadəcə baxışlarından istifadə edərək cihazdan istifadə etməyə imkan verəcək.

Digər yeniliklərdən biri musiqiyə “toxunaraq” qulaq asmaq imkanıdır. Kar və zəif eşidən istifadəçilər artıq “Taptic Engine” vasitəsilə musiqiyə “toxuna” biləcəklər.

Daha bir qeyri-adi funksiya isə “Vehicle Motion Cues” adlanır və avtomobillə hərəkət zamanı başgicəllənmə və ürəkbulanma kimi problemlərdən əziyyət çəkən istifadəçilər üçün nəzərdə tutulub.

Bu funksiya işə salındıqda cihazın ekranında avtomobilin hərəkətlərini təkrarlayan  qara nöqtələr görünəcək, hansı ki yuxarıda sadalanan problemlərin öhdəsindən gəlməyə kömək edəcək.

Son xəbərlər
Digər xəbərlər