15 C
Baku
Friday, March 29, 2024

IPO “Saudi Aramco” ya nə qazandıracaq?

Bloomberg-in qiymətləndirmələrinə görə, Səudiyyə Ərəbistanının neft nəhəngi IPO vasitəsilə 2 trilyon dollar cəlb edəcəkdir.

Əlbəttə ki, hər şey dəyişə bilər, lakin bu həftə şirkət anderrayter banklarını (underwriting) seçib. Onlar sırasına “JPMorgan Chase”, “Goldman Sachs”, “Bank of Amerika”, “Citigroup” və “Credit Suisse” daxildir. Qeyd edildiyi kimi, ümumilikdə 9 təşkilat, o cümlədən Yaxın Şərq bankları bu IPO-da iştirak edəcəklər.

Banker.az xəbər verir ki, anonim mənbələrin agentliyə verdiyi məlumata görə, gözlənilən yerləşdirmə bu ilin noyabr ayında baş tuta bilər.

Qiymətləndirmə olmasa da, şahzadə Məhəmməd ben Salman 2 trilyon dollar rəqəmini açıqlayıb. Düzdür, çoxları bu qiymətin həddindən artıq yuxarı olduğunu söyləyir. Məsələn, Bloomberg Intelligence neft nəhəngini 1,1 trilyon dollar, digər analitiklər isə 1,5 trilyon dollar civarında qiymətləndirir.

Başlanğıc nöqtə kimi 1,5 trilyon dollar götürülsə, Bloomberg-in hesablamalarına görə, səhmlərin 1% -nin yerləşdirilməsindən alınan məbləğ son 10 ildə Ər-Riyadda IPO  keçirən 72 şirkətin ümumi gəlirinə bərabər ola bilər.

Son xəbərlər
Digər xəbərlər