10 C
Baku
Thursday, December 12, 2024

İpoteka fondu 100 mln. pul cəlb edir – Kreditlər açılacaq?

06 aprel 2017-ci il tarixində BFB-də “Azərbaycan İpoteka Fondu” ASC-nin 10 000 000 manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. İstiqrazlar 1000 manat qiyməti ilə satışa çıxarılacaqdır.

Banker.azın verdiyi məlumata görə, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Azərbaycan İpoteka Fondu” ASC-nin adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti 6 mart 2017-ci il tarixində qeydə alınmışdır. Emissiyanın ümumi həcmi 100 000 000 AZN təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.

Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitari və Sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.

Böyek ehtimalla Fond tərəfindən bu həcmdə vasaitin cəlbi kredit təklifi prosesinə start verməklə əlaqədardır. Ekspertlər ipoteka kreditlərinin verilməsini yaxınlarda başlanacağını proqnozlaşdırırlar.

 

Son xəbərlər
Digər xəbərlər