9 C
Baku
Friday, December 13, 2024

İpoteka Fondu BFB-də 20 mln. manatlıq istiqrazı hərraca çıxarır

10 mart 2017-ci il tarixində “Bakı Fond Birjası”da (BFB) “Azərbaycan İpoteka Fondu”(AİF) ASC-nin 20 000 000 manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. İstiqrazlar 1003.50 manat qiyməti ilə satışa çıxarılacaqdır.

Bu barədə Banker.az maliyyə portalına AİF-dən bildirilib.

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən AİF-in adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti 21 noyabr 2016-cı il tarixində qeydə alınmışdır. Emissiyanın ümumi həcmi 50 000 000 AZN təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsi ilə keçiriləcək. Depozitari və Sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.

Son xəbərlər
Digər xəbərlər