10 C
Baku
Thursday, December 12, 2024

İpoteka Fondu dövlət büdcəsindən 16,5 mln. manatdan artıq vəsait alıb

“Azərbaycan İpoteka Fondu” ASC 2017-ci ilin əvvəlindən sosial ipotekanın verilməsi üçün dövlət büdcəsindən 16,525 mln. manat alıb. Bu barədə Fonddan məlumat verilib.

“Cari ilin dövlət büdcəsində AİF üçün 50 mln. manat vəsaitin ayrılması nəzərdə tutulub. Fond ilin əvvəlindən 16 mln. 525 min manat alıb”, – deyə məlumatda bildirilir.

AİF 2005-ci ilin dekabr ayında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb. Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.

Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 100 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.

Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil.

2016-cı ildə AİF-in agent bankları tərəfindən 1,1 mln. manat məbləğində ipoteka krediti verilib.

Son xəbərlər
Digər xəbərlər