12 C
Baku
Wednesday, December 11, 2024

İpoteka ilə ev almaq istəyən dövlət qulluqçularının məlumatlarının toplanması asanlaşdırılıb

Dövlət İmtahan Mərkəzi ilə İpoteka və Kredit Zəmanət Fondu arasında elektron məlumat mübadiləsi haqqında razılaşma imzalanıb.

Mərkəzdən verilən məlumata görə, razılaşmaya əsasən, fonda müraciət edən dövlət qulluqçularının soyadı, adı, ata adı, təvəllüdü, dövlət qulluğunda qulluq stajı, ixtisas dərəcəsi, dövlət qulluğunda əmək fəaliyyəti barədə məlumatlar müvafiq sorğu əsasında real vaxt rejimində mərkəz tərəfindən Elektron Hökumət Portalı üzərindən fonda ötürüləcək.

Bu razılaşma dövlət qulluğu sahəsində fəaliyyətin elektronlaşdırılması, dövlət xidmətlərinin göstərilməsində səmərəliliyin artırılması və vətəndaşların dövlət orqanlarına gəlmədən sənədlərini elektron formada təqdim etmək imkanlarının genişləndirilməsi istiqamətində mühüm əhəmiyyətə malikdir.

Son xəbərlər
Digər xəbərlər