7 C
Baku
Thursday, December 12, 2024

İpoteka istiqrazları bu tarixdə satışa çıxarılacaq

06 dekabr 2022-ci il tarixində Bakı Fond Birjasında (BFB) İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) 30 000.000 manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. İstiqrazlar 1 001.0833 manat qiyməti ilə satışa çıxarılacaq.

Banker.az bu barədə İKZF-yə istinadən xəbər verir.

Qeyd edək ki, Mərkəzi Bank tərəfindən İKZF-nin adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının Baza emissiya prospekti 10 noyabr 2022-ci il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 100 000 000 AZN, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə illik faiz dərəcəsi 3% təşkil edir.

Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsi ilə keçiriləcək. Depozitar və Reyestrsaxlayıcı xidmətlər Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək

Son xəbərlər
Digər xəbərlər