17 may 2024-cü il tarixində Bakı Fond Birjasında İpoteka və Kredit Zəmanət Fondu ASC–nin tədavül müddəti 7200 gün, nominal dəyəri 1,000 manat olan AZ2086008680 ISIN-li, 50 milyon manat həcmində olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
Bu barədə Banker.az-a BFB-dən bildirilir.
Hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 3,25 %, faiz ödəniş dövrü isə 180 gündən bir (6 aydan bir) təşkil edir.
Hərrac qiyməti 1,000 manat olan sifarişlərin nominal qiymətlə ümumi məbləği və yerləşdirilmiş həcmi 50 milyon manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 2 fevral 2044-cü ildir.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İ.Ş” ASC-dir.