-3 C
Baku
Sunday, December 15, 2024

İpoteka kreditlərinin faiz dərəcələri azaldılmalıdır, ekspert deyir

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir ki, ipoteka kreditlərinin şərtlərindəki yeni dəyişikliklər əmlak bazarında canlanma yaratmayacaq

“İpoteka kreditlərinin şərtlərindəki yeni dəyişikliklər əmlak bazarında canlanma yaratmayacaq”. Bunu əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı ipoteka şərtlərindəki yeni dəyişiklikləri şərh edərkən deyib. Ekspert deyir ki, bu gün ipoteka kreditlərinin həcmi əmlak bazarında canlanma yaradacaq səviyyədə deyil:

“Ancaq müəyyən irəliləyişlərin olması da danılmazdır. Yeni dəyişikliklər sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin ipoteka krediti almasını asanlaşdırıb. Ancaq vacib məqamlardan biri ipoteka faizlərinə yenidən baxılması məsələsidir. İpoteka kreditlərinin faiz dərəcələri azaldılmalıdır. Bu gün üçün aktual olan faiz dərəcələrinin aşağı salınmasıdır”.

Qeyd edək ki, Nazirlər Kabineti “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması Qaydası”nda dəyişikliklər edib. Bu Qayda Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına müvəkkil banklar tərəfindən ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi zamanı borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması ilə bağlı məsələləri tənzimləyir.

Son xəbərlər
Digər xəbərlər