1 C
Baku
Saturday, December 14, 2024

İpoteka kreditlərinin həcmində REKORD: 4 mlrd. manatı aşdı

Azərbaycanda ipoteka (daşınmaz əmlak) kreditlərinin həcmi tarixdə ilk dəfə 4 milyard manatı adlayıb.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının 2024-cü ilin 1 avqust tarixinə olan statistik bülleteninə istinadən xəbər verir.

Belə ki, hesabat dövründə ipoteka kreditləri 4 milyard 19.5 milyon manat olmaqla son bir ayda 2.5%, ilin əvvəlindən isə 11% artmış olub.

Hesabata görə, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditləri illik 7% azalaraq 7 ay ərzində cəmi 246.2 mln. manat olub.

Dövlət büdcəsindən 7 ay ərzində  ayrılan depozitlərin həcmi isə 65.8 mln. manat olmaqla dəyişməz qalıb.

Fond birjadan 300 mln. manatlıq 7 aya istiqraz buraxmaqla vəsait cəlb edib ki, bu göstərici də öncəki ilin analoji dövrünü 76% üstələyib.

İpoteka kredit faizləri iyulda orta ölçüdə 6.34%-dən 6.35%-ə qalxıb.

Son xəbərlər
Digər xəbərlər