Azərbaycanda ipoteka kreditlərinin orta faiz dərəcəsi daha 0.01% bəndi düşüb.
Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında qeyd edilir.
Hesabata görə, ölkədə ipoteka kreditlərinin orta faiz dərəcəsi iyul ayının 1-nə 6.32% təşkil edib. Ötən ayın əvvəlində bu rəqəm 6.33% idi.
Qeyd edək ki, cari ilin ilk 5 ayı ərzində faiz dərəcəsi orta ölçüdə 6.34%-də dəyişməz qalmışdı.
İpoteka kreditlərinin cəmi həcmi isə 1 iyul 2021-ci il tarixinə 2 187.6 mln. manat olmaqla, aylıq 1.15% artım göstərib.
İpoteka kreditlərinin aylıq ödənişi isə orta ölçüdə 380.1 manat olmuşdur.