Azərbaycanda ipoteka kreditlərin 1 fevral 2021-ci il tarixinə orta faiz dərəcəsi 6.34%-ə düşüb.
Banker.az xəbər verir ki, bu da son ayda 0.02% bəndi, illik isə 0.09% bəndi azalması deməkdir.
Ölkədə banklar tərəfindən verilən ipoteka kreditlərinin həcmi 16.9 milyon manat olub.
İpoteka və Kredit Zəmanəti Fondu tərəfindən yenidən maliyyələşmə həcmi isə 19.9 milyon manat olub.
Azərbaycanda hazırda orta aylıq ipoteka ödənişinin həcmi isə 370.2 manatdır.