9 C
Baku
Thursday, December 12, 2024

İpoteka kreditlərinin orta illik faiz dərəcəsi 5 aydan sonra ilk dəfə düşüb

Azərbaycanda 1 oktyabr 2019-cu il tarixinə olan məlumata görə, ipoteka kreditlərinin illik faiz dərəcəsi son 5 ayda ilk dəfə olaraq azalıb.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 1 oktyabr 2019-cu il tarixində ölkə üzrə ipoteka kreditlərin orta illik faiz dərəcəsi may ayından bu tərəfə ilk dəfə olaraq 6,49%-dən 6,48%-ə qədər azalıb.

Digər məlumata əsasən isə ipoteka kreditlərinin 17.7 mln. manatı İKZF tərəfində müəyyən olunmuş ipoteka, 504,03 mln. AZN MKT-lər tərəfindən və cəmi 6 mln. manatı banklar tərəfindən verilən ipoteka kreditləridir.

5635

Son xəbərlər
Digər xəbərlər