İpoteka və Kredit Zəmanət Fondu “Qala Sığorta” ASC ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Daşınmaz əmlakların sığortalanması üzrə xidmətlərin satın alınması nəzərdə tutulur.
İKZF buna görə “Qala Sığorta”ya 1 642 260 manat ödəyəcək.
Xatırladaq ki, “Qala Sığorta” 1999-cu ildən fəaliyyət göstərən “Çartis Azərbaycan” şirkətinin bazasında yaradılıb. Hazırda onun nizamnamə kapitalı 8,05 milyon manatdır. Şirkətin səhmləri 100 % “AzReTəkrarsığorta” ASC-yə (“Qala Həyat Sığorta” ASC-nin 90 %-lik səhmdarı) məxsusdur.