11 C
Baku
Wednesday, December 11, 2024

İpoteka və Kredit Zəmanət Fondu investorlara 238 milyon manat faiz ödəyib

Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu onun istiqrazlarının sahibləri olan investorlara 238 milyon manat civarında faiz ödənişləri həyata keçirib.

Bunu Fondun İdarə Heyətinin sədr müavini Ramil Tahirov bildirib.

“Fond yaşayış maliyyəsi mexanizminin fasiləsizliyin və inkişafının təmin edilməsi məqsədilə büdcə vəsaitləri ilə yanaşı, maliyyə bazarlarının da imkanlarından istifadə edərək uzunmüddətli istiqrazlar emissiya edir. Fond ölkədə ilk dəfə olaraq 2009-cu ildə təmin edilmiş istiqrazların, 2016-cı ildən isə ilk dəfə olaraq ipoteka istiqrazlarının emissiyasına başlayıb. 2009-cu ildən etibarən Fond daxili kapital bazarında 2,6 milyard manat məbləğində istiqrazlar yerləşdirilib. Bu günə qədər 762 milyon manatdan çox istiqrazlar üzrə öhdəliklər yerinə yetirilib”, – deyə o qeyd edib.

“Hazırda Fond ölkədə fəaliyyət göstərən ən iri, sağlam və yüksək dayanıqlığı olan maliyyə təsisatlarından biridir və mütərəqqi risk menecmenti sisteminə malikdir. Fondun aktivləri 3 milyard manat, məcmu kapitalı isə 1,11 milyard manat təşkil edir. Fond fəaliyyət dövrü ərzində bütün illəri mənfəətlə başa vurub.

Fəaliyyətə başladığı dövrdən öz öhdəliklərini vaxtlı vaxtında yerinə yetirməsi, tərəfdaşlarla münasibətlərini qarşılıqlı inam və etimad əsasında qurması, Fondun yüksək işgüzar nüfuz qazanmasına səbəb olub. Görülmüş işlərin nəticəsi olaraq Fond ölkənin suveren reytinqinə bərabər reytinqə malik olan yeganə maliyyə institutudur. Reytinqin “BB+” səviyyəsində (proqnoz “müsbət”) təsdiq olunması əsas etibarilə Fondun dövlətə məxsus olması, yaradıldığı gündən etibarən onun fəaliyyətinə dövlətin ciddi nəzarət etməsi və davamlı dəstəkləməsi, Fondun ölkənin sosial-iqtisadi siyasətində strateji əhəmiyyətə malik olması ilə əlaqədardır”, – deyə R.Tahirov əlavə edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər